• Bakı 14° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Aeroport yolundakı məhdudiyyət ləğv edildi - YENİLƏNİB

CƏMİYYƏT

15 Fevral 2026 | 09:00

Aeroport yolundakı məhdudiyyət ləğv edildi - YENİLƏNİB

“Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətinə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

***
00:30


Hazırda Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın digər hissəsinin söküntü işləri aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən “Koroğlu” metro stansiyasından ( Surxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Sürücülər alternativ yol olaraq Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə yönləndirilir.

    Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.


    SON XƏBƏRLƏR

    03 Aprel 2026