• Bakı 10° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Kartdan 1400 manat oğurladı, toya pul yazdırdı

CƏMİYYƏT

14 Fevral 2026 | 17:52

Kartdan 1400 manat oğurladı, toya pul yazdırdı

Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1400 manat pul vəsaitinin oğurlanması barədə polisə müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs tanışı ilə birlikdə toyda olarkən bank kartından pul çıxarması üçün onu saxlanılan şəxsə təqdim edib.

Nəticədə Ə.Qasımzadə kartda olan vəsaitin hamısını nağdlaşdırıb. O, oğurladığı pulla toyda kart sahibinin və özünün yerinə pul da yazdırıb.

Araşdırma davam etdirilir.


SON XƏBƏRLƏR

13 Fevral 2026