• Bakı 10° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Polis Nəsimidə profilaktik tədbirlər keçirdi - FOTOLAR + VİDEO

CƏMİYYƏT

14 Fevral 2026 | 18:42

Polis Nəsimidə profilaktik tədbirlər keçirdi - FOTOLAR + VİDEO

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı növbəti profilaktik tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirlər zamanı məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, xırda xuliqanlıq, məişət səs-küyü və digər qanun pozuntuları ilə əlaqədar faktlar aşkarlanıb.

Spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən və dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tədbirlər görülüb. “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən sürücülər də müəyyən olunub. Qayda pozan sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.

Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib.

Nəsimi rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


SON XƏBƏRLƏR

13 Fevral 2026