• Bakı C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Taliskanın qolu ilə “Fənərbaxça” qələbə qazandı - VİDEO

İDMAN

15 Yanvar 2026 | 00:20

Taliskanın qolu ilə “Fənərbaxça” qələbə qazandı - VİDEO

Ziraat Türkiyə Kubokunun C qrupunda ikinci matçına çıxan “Fənərbaxça” səfərdə TFF 2-ci Liqa təmsilçisi “Beyoğlu Yeni Çarşı”nı minimal hesabla məğlub edib.

Bakıvaxyı,az  xəbər verir ki, Kasımpaşadakı “Recep Tayyip Erdoğan” stadionunda keçirilən qarşılaşma “sarı-lacivərdlilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matç boyu üstünlüyü əlində saxlayan Domeniko Tedeskonun yetirmələri axtardıqları qolu oyunun sonlarında tapıblar. 82-ci dəqiqədə uzaq məsafədən baxımlı zərbə ilə Anderson Taliska komandasına vacib 3 xalı qazandıran qola imza atıb.

Qeyd edək ki, bu qələbə ilə xallarını 3-ə yüksəldən “Fənərbaxça” qrupdakı mövqeyini yaxşılaşdırıb.


SON XƏBƏRLƏR

14 Yanvar 2026