• Bakı C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

“Məqsədimiz C Liqasına qayıtmaqdır” - Ayxan Abbasov

İDMAN

12 Fevral 2026 | 22:47

“Məqsədimiz C Liqasına qayıtmaqdır” - Ayxan Abbasov

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis püşkü dəyərləndirərək, rəqibləri əvvəlcədən analiz etdiklərini bildirib. O, qarşıdakı yoldaşlıq görüşlərinin heyəti formalaşdırmaq üçün vacib olduğunu vurğulayıb və əsas hədəfin yenidən C Liqasına yüksəlmək olduğunu qeyd edib:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.


SON XƏBƏRLƏR

12 Fevral 2026