Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə 2026-cı il ərzində texniki baxış keçirəcək.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, texniki baxış Şimal regionu üzrə, Muğan regionu üzrə, Cənub regionu üzrə, Daxili su hövzələri üzrə, Bakı şəhəri və Abşeron rayonu üzrə, Ələt-Bibiheybət istiqamətində, Zığ-Pirallahı istiqamətində, Şüvəlan-Nardaran istiqamətində və Görədil-Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi istiqamətində ayın müavfiq günlərində həyata keçiriləcək
Qeyd edilib ki, texniki baxışın keçiriləcəyi günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə, həmçinin çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.
Bakı 




