• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Neftin qiyməti necə dəyişəcək? - AÇIQLAMA

İQTİSADİYYAT

15 Yanvar 2026 | 11:15

Neftin qiyməti necə dəyişəcək? - AÇIQLAMA

"2027-ci illə bağlı ABŞ Energetika İnformasiyası Administrasiyasının gözləntiləri yaxşıdır, hətta sevindiricidir. Deyirlər ki, gələn il neftə olan orta gündəlik qlobal tələbat 104,8 mln bareldən 106,1 mln barelədək yüksələcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu məntiq yalnız o halda işləyir ki, Venesuela, İran və Qrenlandiya kimi risklər ya bu il həllini tapsın, ya da ən azı 2027-yə doğru böyüməsin:

"Yəni, risklərin sistemli böhran səviyyəsinə çıxacağı gözlənilmir. Qlobal geosiyasətdə risklər kəskinləşəndə neftə tələbat artmır. Ona görə ki, investisiya real sektordan çıxaraq qızıl kimi aktivlərə yönəlir. Onda da neft qiymətləri üçün yaxşı nəsə gözləmək olmur".


SON XƏBƏRLƏR

14 Yanvar 2026