• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Türkmənistan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir

DÜNYA

15 Yanvar 2026 | 11:31

Türkmənistan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Avropa İttifaqının (Aİ) Aşqabaddakı səfiri Beate Peksa ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Türkmənistan və Aİ arasında siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı geniş məsələlər müzakirə olunub.

Tərəflər qarşıdan gələn yüksək səviyyəli səfərlərə hazırlıq işlərinə xüsusi diqqət yetiriblər. Həmçinin, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə yüksək texnologiyalar, nəqliyyat, iqtisadiyyat, enerji, ətraf mühitin mühafizəsi və peşə təhsili sahələrində mövcud və perspektivli birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub./Teleqraf 


SON XƏBƏRLƏR

14 Yanvar 2026