“İran hakimiyyəti etirazçıları edam etməyə başlayarsa, ABŞ rejim əleyhinə etirazçıları dəstəkləyəcək”.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Miçiqan ştatının Detroyt şəhərində çıxışı zamanı bildirib.
Prezident bildirib ki, ABŞ İran hakimiyyətinin dekabrın əvvəlindən bəri ölkəni sarsıdan rejimə qarşı nümayişlər zamanı həbs olunan etirazçıları edam etməsinə dözməyəcək. O, “CBS”də ətraflı məlumat vermədən xəbərdarlıq edib:
"Əgər onlar belə bir şey etsələr, biz çox sərt hərəkət edəcəyik".
“X” platformasında Dövlət Departamenti daha konkret çıxış edərək bir nəfərin taleyini qırmızı xətt kimi göstərib:
"10 min 600-dən çox etirazçı həbs edilib. Edamı planlaşdırılan 26 yaşlı Ərfan Soltani onlardan biridir".
Qeyd edək ki, bu gənc oğlan yanvarın 8-də Tehranın qərbindəki Fərdisdəki evində həbs olunub və edam cəzasına məhkum edilib. İran məhkəmə sistemi etirazlar zamanı həbs olunan şübhəlilər üçün sürətli məhkəmələr həyata keçirir.
Aydın Baxış
Bakı 




