• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Vahid elektron sistem milli mənsubiyyət üzrə riskləri minimuma endirib

CƏMİYYƏT

15 Yanvar 2026 | 12:18

Vahid elektron sistem milli mənsubiyyət üzrə riskləri minimuma endirib

Hazırda Dövlət Sosial Müdafiə Fondu fəaliyyətini elektron informasiya sistemi üzərindən həyata keçirir. Bu sistemin imkanları əsasında Fondun reyestrləri və informasiya bazaları təxminən 80-ə yaxın digər dövlət qurumunun elektron informasiya sistemləri ilə inteqrasiya olunub və əlaqələndirilib. Nəticədə sosial müdafiə sahəsində məlumat mübadiləsi vahid dövlət sistemi çərçivəsində operativ və şəffaf şəkildə təmin edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Bildirilib ki, xidmətlərin böyük əksəriyyəti tam elektronlaşdırılıb və avtomatlaşdırılıb. Sosial müdafiə sahəsində göstərilən xidmətlərin təxminən 25 faizi proaktiv qaydada, yəni vətəndaş müraciəti olmadan həyata keçirilir. Bu xidmətlərin əhəmiyyətli hissəsi digər dövlət qurumları ilə inteqrasiya əsasında təmin olunur.

Qeyd olunub ki, dövlət sosial müdafiə fəaliyyəti ölkə üzrə vahid mexanizm əsasında icra edilir və sosial ödənişlərin təyin edilməsi, hesablanması və ödənilməsi tam rəqəmsal mühitdə aparılır. Görülmüş işlər nəticəsində sosial ödənişlərin icra mexanizmi sadələşdirilib, tətbiq zamanı yaranan çətinliklər aradan qaldırılıb və praktik effektivlik əhəmiyyətli dərəcədə artıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

14 Yanvar 2026