• Bakı C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Paşinyan İran səfirinə cavab verdi

DÜNYA

15 Yanvar 2026 | 13:56

Paşinyan İran səfirinə cavab verdi

İrəvan İran tərəfində yaranmış narahatlıqları aradan qaldırmaq üçün bütün tədbirləri görəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İran səfiri Xəlil Şirqolaminin diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyaları ilə bağlı sərt açıqlamasına münasibət bildirərkən deyib.

“İrandan gələn açıqlamalara çox diqqət edirik. Dost və qardaş İran İslam Respublikasının səfirliyinin fəaliyyəti ilə bağlı heç bir problemin yaranmaması üçün bütün lazımi tədbirləri görəcəyik. Qanunun sərhədini aşan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək. Bilirəm ki, artıq bir neçə iş üzrə inzibati icraat başlanıb”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, səfir Ermənistanın getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyini bəyan edib.

O xatırladıb ki, “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb”.

Xatırladaq ki, yanvarın 10-dan etibarən İrəvanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına toplaşan şəxslər rejim əleyhinə təhqiramiz şüarlar səsləndirilir./APA 


SON XƏBƏRLƏR