Yanvarın 14-ü saat 07:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərindən təcili çağırış qeydə alınıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.
“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2025-ci il təvvəllüdlü körpənin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb”, - TƏBİB-dən qeyd edilib.
***
10:25
Abşeronda 1 yaşlı körpə ölüb.
Bakıvaxtı.az xəbər verir ki, yanvarın 14-ü 2025-ci il təvəllüdlü Arif Osmanzadə yaşadığı Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyi ev 42 mənzil 69-da inkişafdan qaldığı üçün ölüb.
Araşdırmalar aparılır.
Bakı 




