• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Bakı-Qazax yolunda ağır qəza: yük maşını aşdı 

HADİSƏ

13 Fevral 2026 | 11:41

Bakı-Qazax yolunda ağır qəza: yük maşını aşdı 

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, qəzanı əks etdirən videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, yolun sürüşkən olması səbəbindən yük avtomobili aşıb.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.

Bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi fevralın 12-də saat 17:50-də Bakı-Qazax yolunun 37-ci kilometrliyində qeydə alınıb.

"Ərəstun Abasqulu oğlu Abasov DAF markalı, 77 MO 641 dövlət nömrə nişanlı yük avtomobili ilə üzü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır", - məlumatda vurğulanıb.


SON XƏBƏRLƏR

12 Fevral 2026