• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Moskvada Britaniya casusu ifşa edildi

DÜNYA

15 Yanvar 2026 | 11:51

Moskvada Britaniya casusu ifşa edildi

Rusiya xüsusi xidmət orqanları Moskvadakı səfirlikdə çalışan elan edilməmiş Britaniya kəşfiyyat zabitini müəyyən edib.

Bakıvaxtı.az Rusiya Fedral Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, kəşfiyyat zabitləri Moskvadakı səfirliyin iqtisadi şöbəsində katib vəzifəsində çalışmaq üçün Rusiyaya gizli şəkildə göndərilən elan edilməmiş Britaniya kəşfiyyat zabiti Qaret Samuel Devisin şəxsiyyətini müəyyən ediblər. 

Qeyd edilir ki, əks-kəşfiyyat işləri zamanı 8 avqust 1980-ci il təvəllüdlü, Britaniya kəşfiyyatının elan edilməmiş zabiti Qaret Samuel Devis müəyyən edilib. O, Moskvadakı Britaniya səfirliyinin İnzibati və İqtisadi Departamentində ikinci katib vəzifəsi adı altında Rusiyaya göndərilib.

Qurum əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi Samuelin akkreditasiyasını ləğv etmək qərarına gəlib və ona iki həftə ərzində Rusiyanı tərk etməyi əmr edib.


SON XƏBƏRLƏR

14 Yanvar 2026