• Bakı C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Ukraynanın planları pozulub – Gerasimov

DÜNYA

15 Yanvar 2026 | 10:59

Ukraynanın planları pozulub – Gerasimov

Ukrayna Silahlı Qüvvələrinin planları uğursuzluğa düçar olub, Rusiya qoşunları Sumı və Xarkov sərhəd bölgələrində təhlükəsizlik zonasını genişləndirməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib.

Zabitin açıqlamasına görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı itkilərə baxmayaraq Rusiyanın hücumunu dayandırmağa çalışsa da, bu cəhdlər uğursuzluqla nəticələnib. O deyib ki, Ukrayna qoşunları Kupyanskda mövcudluqlarını nümayiş etdirməyə çalışsa da, bu cəhdlər əngəllənib.

"Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zonasında demək olar ki, bütün istiqamətlərdə hücum əməliyyatı aparır. Hazırda Rusiya qoşunları səkkiz yaşayış məntəqəsini azad edib və 300 kvadrat kilometrdən çox əraziyə nəzarəti bərpa edib",- rəis əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Yanvar 2026