• Bakı C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Palataya fəaliyyətini təkmilləşdirməklə bağlı tövsiyələr olunub

CƏMİYYƏT

15 Yanvar 2026 | 16:21

Palataya fəaliyyətini təkmilləşdirməklə bağlı tövsiyələr olunub

2025-ci ildə Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin həyata keçirdiyi həmkar qiymətləndirilməsi çərçivəsində Hesablama Palatasının fəaliyyətində təkmilləşdirilməli bir sıra məqamlar müəyyən edilib.

Bakıvaxtı.az bu barədə Palatasın 2026–2030-cu illəri əhatə edən yeni Strateji Planına istinadən xəbər verir.

Bildirilib ki, qiymətləndirmə 1900 nömrəli Həmkar Qiymətləndirməsinə dair INTOSAI Təlimatı əsasında aparılıb.

Qiymətləndirmə Hesabatında audit olunan qurumlar üzrə qəbul edilmiş qərarların tam icra edildiyi hallarda bu barədə rəsmi bildirişlərin təqdim olunmasının məqsədəuyğun olduğu qeyd edilib.

Eyni zamanda, informasiya sistemlərinin bir server mərkəzində saxlanılmaması, onların Hökumət buluduna ötürülməsi tövsiyə olunub.

Hesabatda sistemlər üzrə parol siyasətinin yenidən nəzərdən keçirilməsi, satınalma və maliyyə funksiyalarının bir-birindən ayrılması, kibertəhlükəsizlik üzrə ayrıca strukturun formalaşdırılması da təkmilləşdirilməli istiqamətlər sırasında göstərilib.

Bundan əlavə, Təlim Mərkəzinin gücləndirilməsi, əməkdaş sayının artırılması, eləcə də rəqəmsallaşma və informasiya sistemləri auditi üzrə əlavə təkmilləşdirmələrin həyata keçirilməsi zəruri hesab edilib.


SON XƏBƏRLƏR