Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanla çox uğurlu əməkdaşlıq etdiklərini bildirib.
Bakıvaxtı.az-ın xəbərinə görə, Report-a açıqlamasında nazir qeyd edib ki, bu ticarət Azərbaycanla qarşılıqlı fayda əsasında davam edir.
"Münasibətlərimiz onsuz da çox yaxşıdır, bizə xasdır. Bu, çox xüsusi bir münasibətdir. Biz "bir millət, iki dövlət" anlayışı çərçivəsində və prezidentlərimizin müəyyən etdiyi baxış uyğun olaraq çox uğurla irəliləyirik. Biz iki ölkə olaraq həm Türkiyənin, həm də Avropanın təhlükəsizliyinə, eləcə də qlobal neft bazarlarına çox mühüm töhfələr veririk".
A.Bayraktar xatırladıb ki, Azərbaycan və Türkiyə Suriyaya təbii qaz ixracında birgə əməkdaşlıq edir:
"Biz dünyaya enerjini sülh və bərabər şəraitində paylanmasının tərəfdarıyıq".
Bakı 




