• Bakı C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Azərbaycanda xüsusi müsadirə edilmiş əmlak hərraca çıxarılacaq

CƏMİYYƏT

15 Yanvar 2026 | 14:21

Azərbaycanda xüsusi müsadirə edilmiş əmlak hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) fevralın 18-də xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə hərrac keçirəcək.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında – Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında təşkil olunacaq.

Məlumata görə, hərraca 350 min manat dəyərində olan fərdi yaşayış evi çıxarılacaq. Sözügedən əmlak Binəqədi rayonu, akademik Ziya Bünyadov prospekti, ev 7a, mənzil 38 ünvanında yerləşir.


SON XƏBƏRLƏR