Ermənistan Rusiyadan olan tərəfdaşlara müraciət edərək Ermənistandan Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrində bərpa işlərinin həyata keçirilməsi məsələsi ilə bağlı qərar qəbul etməyi xahiş edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələ Rusiya tərəfi ilə təmaslar zamanı, o cümlədən dövlət və hökumət başçıları səviyyəsində müzakirə edilib: "Bəli, bu məsələ müzakirə olunub. Mən bunu Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etmişəm, həmçinin Ermənistan Baş nazirinin müavininin Rusiya hökuməti sədrinin müavini ilə bu barədə danışmaq imkanı olub. Biz Rusiyadan olan tərəfdaşlarımızdan cavab gözləyirik".
Bərpa işlərinin həyata keçirilməsinin müddətinə gəlincə, baş nazir vurğulayıb ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə sazişi imzalandıqdan sonra ən yaxın zaman müvafiq müddət hesab olunur.
"Müvafiq müddət indiki zamandır və biz bunun indi reallaşdırılmasını istəyirik. Proseslər gedir, bu barədə sizə məlumat veriləcək. Bu proseslər işlərin mümkün qədər tez həyata keçirilməsini nəzərdə tutur. Biz Rusiyadan olan tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etməyi xahiş edirik", - o əlavə edib.
Bakı 




