Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistdən Ermənistan Apostol Kilsəsinin islahatçısı rolunu öz üzərinə götürdüyü hüquqi normaları təqdim etməsini istəyib və onunla debata hazır olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu, Paşinyanın mətbuat konfransı zamanı baş verib.
Paşinyanın sözlərinə görə, Baş nazir hər kim olursa olsun, Ermənistanın təhlükəsizliyinə qarşı olan təhdidləri aradan qaldırmağa borcludur. O qeyd edib: "Ktriç Nersisyan (Bütün Ermənilərin Katolikosu II Qaregini nəzərdə tutur - red.), onun fəaliyyəti və KQB agenti olan qardaşı Ermənistanın təhlükəsizliyinə təhdid yaradır".
Daha sonra jurnalistlərdən biri dini liderin işi üzrə niyə cinayət işi barədə soruşub. Bu zaman Paşinyan jurnalisti sakit qalmağa və əl hərəkətləri etməməyə çağırıb.
"Siz mənə sualınıza cavab vermək imkanı vermirsiniz. Sakit olun", - deyə Paşinyan qeyd edib. Bir müddət sonra o, jurnalistə deyib: "Cavabım zamanı səs çıxarsanız, növbəti dəfə bu binada görünməyəcəksiniz, bu aydındırmı?"
Baş nazir vurğulayıb ki, jurnalistlər də daxil olmaqla hər kəs legitimlik məntiqi çərçivəsində hərəkət edərsə, həmin şəxs maneələrlə qarşılaşmayacaq: "Çünki Ermənistanda söz azadlığı mövcuddur və medianın sərbəst fəaliyyət göstərməsi hakimiyyət üçün vacib şərtdir".
Baş nazir özünü Erməni Apostol Kilsəsinin sadiq nümayəndəsi adlandırıb. O əlavə edib ki, xalq tərəfindən seçilmiş Ermənistan Baş nazirinə heç kim Ermənistan ərazisində hara gedə biləcəyini və ya gedə bilməyəcəyini deyə bilməz.
Zeynəb Rzayeva
Bakı 




