• Bakı C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Makron müdafiə kabinetinin təcili iclasını çağırdı

DÜNYA

15 Yanvar 2026 | 16:37

Makron müdafiə kabinetinin təcili iclasını çağırdı

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqını elan etməsi bəyanatı və İran hökumətinin etirazları qəddarcasına yatırması fonunda ölkənin müdafiə kabinetinin təcili iclasını çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” Fransadakı mənbəyə istinadən məlumat yayıb.

“Makron müdafiə şurasının iclasından sonra Fransa hərbçilərinə Yeni il təbriklərini çatdırmaq üçün İstr şəhərinə yola düşüb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Arktika dözümlülüyü” hərbi təlimi çərçivəsində Fransa Qrenlandiyaya qoşun göndərib.


SON XƏBƏRLƏR