• Bakı C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Samuel Eto bu hərəkətinə görə cəzalandırıldı

İDMAN

15 Yanvar 2026 | 22:40

Samuel Eto bu hərəkətinə görə cəzalandırıldı

Kamerun Futbol Federasiyasının prezidenti, əfsanəvi futbolçu Samuel Eto Afrika Millətlər Kuboku zamanı nümayiş etdirdiyi qeyri-etik davranışa görə sərt cəzalandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Hadisə turnirin 1/4 final mərhələsində, Kamerun yığmasının Mərakeşə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada baş verib. Məlumata görə, 44 yaşlı Eto hakimlərin qərarlarından narazı qaldığı üçün Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepenin yanında qəzəbli və qeyri-idman jestləri edib.

CAF-ın İntizam Komissiyası məsələni araşdıraraq Samuel Etonu idman davranışı prinsiplərini pozmaqda təqsirli bilib. Qərara əsasən, federasiya prezidenti dörd oyunluq diskvalifikasiya edilib və o, 20 min dollar məbləğində cərimələnib.

Xatırladaq ki, bu, S. Etonun federasiya prezidenti kimi ilk intizam cəzası deyil. Belə ki, o, daha əvvəl də hakimlərə təzyiq və etik qaydaların pozulması iddiaları ilə gündəmə gəlmişdi.


SON XƏBƏRLƏR

15 Yanvar 2026