• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Rza Pəhləvi Avropa Parlamentində çıxış edə bilər

DÜNYA

15 Yanvar 2026 | 19:27

Rza Pəhləvi Avropa Parlamentində çıxış edə bilər

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Avropa Parlamentində (AP) çıxış etməyə dəvət olunmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Sebastyen Tinkin X-də yazıb.

“Şahzadə Rza Pəhləvini Avropa Parlamentində çıxış etməyə dəvət etmək məqsədilə həmkarlarım arasında parlament sədrinə müraciət üçün imza toplamağa çalışıram. İllərdir Avropa Birliyi İslam Respublikası rəsmiləri ilə dialoq aparır. Həmin rəsmilər küçələrdə etirazçıların qətlə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Artıq cəsur iranlıların öldürülməzdən əvvəl adını qışqıraraq çağırdıqları şəxsin səsinin eşidilməsinin vaxtıdır”, - avropalı deputat bildirib.


SON XƏBƏRLƏR