Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edərkən beynəlxalq təhlükəsizlik sisteminin mövcud vəziyyəti ilə bağlı danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin teleqram kanalı məlumat yayıb.
Rusiya lideri dünyada gərginliyin getdikcə artdığını və beynəlxalq münasibətlərin pisləşmə mərhələsinə qədəm qoyduğunu bildirib:
“Qlobal sabitliyin qorunub saxlanılması yalnız dövlətlərin dürüst və açıq əməkdaşlıq qabiliyyətindən asılı olacaq. Rusiya həm Avropa, həm də Asiya regionu üçün hər kəsi qane edə biləcək rasional həll yolları hazırlayır. Çünki sülh birbaşa məsuliyyətli seçim tələb edir və bu, hər gün yenidən qurulmalıdır”.
Xatırladaq ki, mərasimdə Fransa, Slovakiya və Sloveniya da daxil olmaqla bir sıra ölkələrin yeni səfirləri iştirak edib.
Bakı 




