ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq planları fonunda Avropa ölkələrinin adaya qoşun göndərməsi müzakirələrə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə Avropa ölkələrinin adaya hərbçi göndərməsinin Trampın qərarına təsir etməyəcəyini bildirib.
“Düşünmürəm ki, Avropadakı qoşunların mövcudluğu Prezidentin qərar qəbul etmə prosesinə və ya Qrenlandiyanı əldə etmək planlarına hər hansı təsir göstərsin”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Danimarka Silahlı Qüvvələri NATO müttəfiqləri ilə birlikdə Qrenlandiyada hərbi iştirakını gücləndirəcəyini bəyan edib. Bu təşəbbüsə İsveç, Norveç, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiya da qoşulub.
Bakı 




