• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Bakı Təşəbbüs Qrupunun 2023–2025-ci illər üzrə fəaliyyəti açıqlandı

CƏMİYYƏT

16 Yanvar 2026 | 10:01

Bakı Təşəbbüs Qrupunun 2023–2025-ci illər üzrə fəaliyyəti açıqlandı

Bakı Təşəbbüs Qrupu (Baku Initiative Group) 2023–2025-ci illər ərzində həyata keçirdiyi fəaliyyətlərə dair statistik məlumatları ictimaiyyətə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən dövrdə dünyanın müxtəlif ölkələrində 15 beynəlxalq konfrans təşkil olunub. Bununla yanaşı, 7 tematik konfrans keçirilib, Birləşmiş Millətlər Təşkilatında 6 konfrans baş tutub.

Qrupun COP29 çərçivəsində təşkil etdiyi 5 beynəlxalq konfrans da hesabatda yer alıb. Eyni zamanda, 112 onlayn tədbir keçirilib və 9 memorandum imzalanıb.

Hesabatda qeyd olunur ki, bu müddət ərzində 20-dən çox xarici ölkə və ərazi ilə əməkdaşlıq qurulub. Bundan əlavə, 41 nəşr – hesabat və kitab hazırlanaraq yayımlanıb.

Bakı Təşəbbüs Qrupu fəaliyyətini “Birlik, Azadlıq və Müstəqillik” prinsipləri əsasında həyata keçirdiyini vurğulayır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

15 Yanvar 2026