• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp Qəzzada "Sülh Şurası" yaradır 

DÜNYA

16 Yanvar 2026 | 07:46 | Müəllif: Ayyət Əhməd

Tramp Qəzzada "Sülh Şurası" yaradır

ABŞ Prezidenti Donald Tramp Qəzza "Sülh Şurası"nın yaradıldığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barərə Tramp özünün "Truth" sosial platformasında bildirib : 

ABŞ prezidentinin sədrlik edəcəyi bu qurum Qəzza administratorlarının anklavdakı işinə nəzarət etmək üçün nəzərdə tutulub. Bu, ABŞ-nin Fələstin ərazisi üçün planında əsas addımdır.

Bu müvəqqəti və siyasətdən kənar qurum 15 texnokratdan ibarət olacaq. "Sülh Şurası" məhz bu komitəyə nəzarət etməlidir.

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə keçmiş elçisi, bolqarıstanlı diplomat Nikolay Mladenovun "Sülh Şurası"nın səhra əməliyyatlarına rəhbərlik edəcəyi gözlənilir. Amerika media orqanı olan "Axios"un məlumatına görə, şuranın digər nümayəndələri Birləşmiş Krallıq, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyədən gələcəklər.

ABŞ-nin Yaxın Şərq üzrə elçisi Stiv Vitkoffun sözlərinə görə, planın ikinci mərhələsi Qəzza zolağının yenidən qurulmasına gətirib çıxarmalıdır.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026