• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tanınmış xanəndəmiz İranda saxlanılıb? - FOTO - YENİLƏNİB

SİYASƏT

16 Yanvar 2026 | 10:57

Tanınmış xanəndəmiz İranda saxlanılıb? - FOTO - YENİLƏNİB

“Qafqazinfo” Qəzənfər Abbasovun saxlanılması xəbəri ilə bağlı onunla əlaqə saxlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, xanandə açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib: 

“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.

***

10:08

Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.

Bakıvaxtı.az Manset.az-a istinadən xəbər verir ki, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən aeroportda saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib. Lakin o, ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.


Tanınmış xanəndəmiz İranda saxlanılıb? - FOTO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026