• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İranda 6 gündür internet YOXDUR

DÜNYA

16 Yanvar 2026 | 01:30 | Müəllif: Subhan Mahmudov

İranda 6 gündür internet YOXDUR

İranda yanvarın 8-dən tətbiq edilən ümummilli internet blokadası artıq 144 saatı (6 günü) ötüb və ölkə tarixinin ən uzunmüddətli rəqəmsal qaranlıqlarından birinə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, qlobal internet monitorinq təşkilatı “NetBlocks” ölkədəki qoşulma səviyyəsinin normal həddin cəmi 1%-nə düşdüyünü təsdiqləyib.

Hesabatda bildirilir ki, həm mobil, həm də stasionar internet xidmətlərinin kəsilməsi təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün tətbiq etdiyi sərt metodların dünya ictimaiyyətindən gizlədilməsinə xidmət edir.

Xatırladaq ki, dekabrın 28-də iqtisadi çətinliklər səbəbindən başlayan etirazlar hazırda 180-dən çox şəhəri əhatə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026