• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Əziz Əlibəyli: Qələbə yalnız hərbi deyil, mənəvi və insani dəyərdir

SİYASƏT

16 Yanvar 2026 | 11:22

Əziz Əlibəyli: Qələbə yalnız hərbi deyil, mənəvi və insani dəyərdir

Son zamanlar Qərbi Azərbaycana qayıdış prosesi bəzi dairələr tərəfindən ekzistensial təhlükə kimi təqdim olunur. Lakin bu yanaşma reallığı əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri STM-in departament müdiri Əziz Əlibəyli “Əzəli yurd” layihəsi çərçivəsində hazırlanmış “Tarixi yurda qayıdış: Qərbi Azərbaycan sənəd və mənbələrdə” adlı elektron kitabın rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.

Əziz Əlibəyli bildirib ki, məsələ qələbə anlayışının mahiyyətini dərk etməklə bağlıdır. Qələbə təkcə hərbi və ya siyasi nəticə deyil, həm də mənəvi və insani dəyərdir. Ən vacib məqam ondan ibarətdir ki, qəbul edilən qərarlar insanlığın normal və təhlükəsiz şəkildə yaşamasına xidmət etməlidir:

“Bu kontekstdə Ermənistanla bağlı məsələlər xüsusi diqqət tələb edir. Müxtəlif dövrlərdə atılmış addımlar və qəbul edilmiş qərarlar müəyyən məqsədlərə xidmət etsə də, onların real nəticələri və təsirləri ayrıca təhlil olunmalıdır. Bu səbəbləri əsaslandırmaq vacibdir, çünki münasibətlərin indiki vəziyyəti məhz həmin qərarların nəticəsidir”.

Onun sözlərinə görə, sənədlər göstərir ki, indiki proseslər əvvəlki rəhbərliklərin dövründə formalaşmış təsirlərin davamıdır. Xüsusilə dini və etnik faktorlar, o cümlədən xristian icmalarına aid məsələlər bu proseslərdə müəyyən rol oynayıb. Ermənistan tərəfinin müxtəlif sahələrdə, o cümlədən kommunikasiya və nəqliyyat əlaqələrində son 15 ildə apardığı siyasət də bu mənzərənin bir hissəsidir:

"2018-ci ildə Ermənistanda baş verən siyasi dəyişikliklər və mitinqlər cəmiyyətdə bir çox suallar doğurdu. Bu proseslərin mahiyyəti və məqsədləri hələ də tam aydın deyil və bu da mövzu ətrafında müzakirələrin davam etməsinə səbəb olur".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

15 Yanvar 2026