• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Türkiyə, Pakistan və Səudiyyə yeni ittifaq qurur

DÜNYA

16 Yanvar 2026 | 11:24

Türkiyə, Pakistan və Səudiyyə yeni ittifaq qurur

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə aylarla davam edən danışıqlardan sonra üçtərəfli müdafiə müqaviləsi hazırlayıblar. Layihə hələ də nəzərdən keçirilir və tam konsensus tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə sənayesi naziri Raza Hayat Hirac məlumat yayıb.

“Regional zorakılığın artmasına qarşı tədbir kimi qəbul edilən bu pakt üç ölkənin müxtəlif, lakin bir-birini tamamlayan güclərini bir araya gətirəcəyini vurğulayır.

Məqsəd Türkiyənin nəhəng hərbi gücünü və sürətlə inkişaf edən müdafiə sənayesini, Pakistanın nüvə imkanlarını və qabaqcıl texnoloji qabiliyyətlərini, eləcə də Səudiyyə Ərəbistanının nəhəng iqtisadi gücünü bir çətir altında birləşdirməkdir”, - Hirac bildirib.


SON XƏBƏRLƏR

15 Yanvar 2026