Üç naməlum şəxs Almaniyanın Ştur şəhərindəki "Folksbank" bankını qarət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" qəzeti polisə istinadən xəbər verir.
Qarət iki gün nahar fasiləsi zamanı baş verib. Cinayətkarlar işıq lüku vasitəsilə bankın zirzəmisinə daxil olublar və 14 seyf qutusunu açıblar.
Hadisə yalnız bankın müştəriləri və əməkdaşları səhhətlərinin pisləşməsindən və ürəkbulanmadan şikayət etdikdən sonra məlum olub. Sonradan aydın olub ki, qarətçilər zirzəmiyə naməlum maddə püskürdüblər.
Qarət nəticəsində dəymiş ziyanın miqdarı hələlik məlum deyil. Polis artıq təhqiqata başlayıb.
Bakı 




