• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Diniyevdən “Qarabağ”- “Ayntraxt” matçı ANALİZİ: “Şansımız yoxdur” demək...

İDMAN

16 Yanvar 2026 | 11:31

Diniyevdən “Qarabağ”- “Ayntraxt” matçı ANALİZİ: “Şansımız yoxdur” demək...

UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ” – “Ayntraxt” (Almaniya) matçı azarkeşlər arasında böyük maraq doğurub.

Bakıvaxtı.az-ın məlumatına görə, bilet satışlarının sürətlə başa çatması və həm yerli, həm də xarici media diqqəti onu deməyə əsas verir ki, bu qarşılaşma təkcə idman hadisəsi yox, həm də Azərbaycanın beynəlxalq idmandakı mövqeyinin göstəricisidir.

“Qarabağ”ın Çempionlar Liqasında uğurla irəliləməsi klub səviyyəsindən əlavə, eyni zamanda, Azərbaycan idmanının və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə də töhfədir .

Bu, gənc idmançılar üçün motivasiya mənbəyi olmaqla yanaşı, ölkəmizin idman brendinin dünyada tanınmasına imkan yaradacaq.

 “Qarabağ”ın Çempionlar Liqasında irəliləyişi Azərbaycan idmanının beynəlxalq nüfuzuna nə dərəcədə təsir edəcək? Oyunun nəticələri necə olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən veteran futbolçu Şahin Diniyev bildirib ki, bu oyun hər iki komanda üçün çox vacibdir və həlledici əhəmiyyət daşıyır:

"Ayntraxt" ilk 24-lük sıralamaya düşmək üçün mütləq qələbə qazanmalıdır, Qarabağ isə ən azı 1 xal əldə etməlidir. Hər iki qarşılaşma çətin keçəcək, həm "Qarabağ" - "Ayntraxt", həm də "Qarabağ"–"Liverpul" matçı. "Köhlən atlar" sürprizlərlə doludur, ona görə də bizim şansımız yoxdur demək düzgün olmaz".

Mütəxəssis qeyd edib ki, hər iki komanda çox önəmli oyuna çıxır. Onun sözlərinə görə, "Ayntraxt"da çempionat yüksək tempdə davam edir və hazırda pik nöqtədir:

"Qarabağda oyun praktikasında müəyyən problemlər ola bilər, "Ayntraxt" isə bu baxımdan heç bir çətinlik yaşamır. Həm fiziki hazırlıq, həm də xətlərarası əlaqələr baxımından "Ayntraxt"ın üstünlüyü daha çoxdur. "Qarabağ" müdafiədə oturmağı sevmir, "Ayntraxt" isə güclü komandadır. Biz isə təmsilçimizə uğurlar arzulayırıq".

Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 


SON XƏBƏRLƏR

15 Yanvar 2026