• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Ötən il 195-1 Çağrı Mərkəzinə daxil olan müraciətlərin SAYI AÇIQLANDI

CƏMİYYƏT

16 Yanvar 2026 | 12:14

Ötən il 195-1 Çağrı Mərkəzinə daxil olan müraciətlərin SAYI AÇIQLANDI

İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2025-ci il ərzində 524 643 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 583 960 müraciət olub.

Bu barədfə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək mümkündür. Göstərilən xidmətlər ödənişsizdir. 195-1 Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

15 Yanvar 2026