• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu MMC-lər haqsız rəqabətə yol veriblər

CƏMİYYƏT

16 Yanvar 2026 | 12:04

Bu MMC-lər haqsız rəqabətə yol veriblər

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Baku Electronics” MMC və digər şirkətlər haqqında rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bakıvaxtı.az Dövlət Agentliyinə istinadən xəbər verir ki, MMC-yə YOSHIRO əmtəə nişanlı televizorların satışı ilə əlaqədar yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

“Trust lux” MMC-yə "Y.A.Ş." əmtəə nişanlı məhsulların satışı zamanı yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

Agentlik müvafiq göstərişi eyni zamanda “Master Milk” MMC barədə süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyini pozduğuna görə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR