• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

“Ən yaxşı təqdimat” müsabiqəsinə start verildi

SİYASƏT

16 Yanvar 2026 | 11:50

“Ən yaxşı təqdimat” müsabiqəsinə start verildi

Ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi üzrə qeydiyyat prosesinə başlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, qeydiyyat prosesi yanvarın 30-na qədər davam edəcək.

Şagirdlər müsabiqədə iştirak üçün portal.edu.az platformasında yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsi vasitəsilə elektron formada müraciət edə, müvafiq istiqaməti seçə bilərlər.

Qeydiyyatdan keçən təhsilalanlar müsabiqənin region mərhələsində iştirak etmək üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət olunacaqlar. Final mərhələsinə vəsiqə qazanan iştirakçılar isə nəticələr barədə portal.edu.az platforması və mobil telefonlarına göndərilən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə ulu öndər Heydər Əliyevin doğum gününün 103-cü ildönümünə həsr olunub və onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsinə xidmət edir.


SON XƏBƏRLƏR

15 Yanvar 2026