• Bakı 24° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb?

CƏMİYYƏT

28 Avqust 2025 | 14:57

Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb?

Xəbər verdiyimiz kimi, ötən ay Hicran Əyyubova Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə yeni diektor təyin edilib. 

Bakıvaxtı.az xəbər verir ki, kollecin sabiq direktoru Səhər Orucova isə vəzifəsindən azad edilib. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Səhər Orucova işdən çıxarılması ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Sabiq direktor bildirib ki, müqavilə müddəti bitdiyi üçün vəzifəsindən ayrılıb. O, hələlik hər hansı bir vəzifəyə təyinat almadığını deyib və yaxın gələcəkdə bunun baş verəcəyini də istisna etməyib. 

Qeyd edək ki, Səhər Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, həmçinin Azərbaycanın Qırğız Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun qızıdır.


SON XƏBƏRLƏR