• Bakı 26° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Naxçıvanda su abonentlərinin müştəri kodları yenilənəcək

CƏMİYYƏT

28 Avqust 2025 | 12:44

Naxçıvanda su abonentlərinin müştəri kodları yenilənəcək

Sentyabrın 1-dən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan şəhər Sukanal İdarəsində yeni Müştəri İnformasiya Sistemləri Proqramının tətbiqinə başlanılacaq.

Bakıvaxtı.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu tarixdən bütün mövcud abonent kodları yenisi ilə əvəzlənəcək. Yeni abonent kodları da həmin tarixdən etibarən təqdim olunaraq bildirişlərin üzərində qeyd ediləcək. Yenilik çərçivəsində mövcud abonent kodları vasitəsilə ödənişlərin qəbulu avqustun 29-u saat 20:00-dan dayandırılacaq, 1 sentyabrdan yeni veriləcək abonent kodları üzərindən davam etdiriləcək.

Yeni sistemin tətbiqi ilə əlaqədar yaranacaq hər hansı bir sualla bağlı Naxçıvan şəhər Sukanal İdarəsinin +994(36) 545 01 93 nömrəsi və ya "955" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Xidmət səviyyəsinin artırılması, abonent bazasının təkmilləşdirilməsi, daha da artırılması, elektron nəzarət imkanının yaradılmasına xidmət edən yenilik bilavasitə abonent məmnuniyyətinin yüksəldilməsinə səbəb olacaq.

Abonentlərlə işin şəffaflığı, vahid müştəri bazasının formalaşdırılması, mərkəzləşdirilmiş sistemin təkmil qurulması, ödənişlərin asanlaşdırılması baxımından yeni sistemə keçid olunub.

Həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin digər sukanal idarələri də abonentlərlə əlaqəni MİS vasitəsilə həyata keçirir. 


SON XƏBƏRLƏR

27 Avqust 2025