• Bakı 24° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Çempionlar Liqasının favoritləri arasında “Qarabağ” da yer aldı

İDMAN

28 Avqust 2025 | 20:41

Çempionlar Liqasının favoritləri arasında “Qarabağ” da yer aldı

 “Goal” nəşri 2025/2026 mövsümündə Çempionlar Liqasının qalibi ola biləcək komandaların reytinqini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, mənbənin versiyasına görə, siyahıya Fransa təmsilçisi PSJ başçılıq edir. 

İlk beşlikdə həmçinin “Barselona”, Madrid “Real”ı, London “Arsenal”ı və “Liverpul” da yer alıb. Qazaxıstanın “Kayrat”ı 35-ci, Azərbaycanın “Qarabağ”ı isə 36-cı pillədə qərarlaşıb.

TOP-10-u təqdim edirik:

1.PSJ

2.“Barselona”

3.“Arsenal”

4.“Liverpul”

5.“Real” (Madrid)

6.“Bavariya”

7.“Çelsi”

8.“Mançester Siti”

9.“İnter”

10.“Tottenhem”

Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir. Parislilər ötən mövsümün finalında “İnter”i 5:0 hesabı ilə darmadağın etmişdi. Həmçinin fransız klubu "Tottenhem"ə də qalib gələrək UEFA Superkubokunu da qazanıb (2:2, penaltilərlə 4:3).


SON XƏBƏRLƏR

28 Avqust 2025