Ukrayna Təhlükəsizlik Şurasının sədri Rüstəm Umerov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, R.Umerov bu barədə özünün "X" hesabında paylaşım edib.
"Biz geniş spektri - təhlükəsizlik vəziyyətindən tutmuş, ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına qədər bütün məsələləri müzakirə etdik. Türkiyə Ukraynaya davamlı şəkildə dəstək verib. Bu dəstək təkcə dövlətimiz üçün deyil, bütün Avropa və regional təhlükəsizlik sistemi üçün çox vacibdir. Mən Türkiyə Respublikasına bölgəmizdə sülhün, sabitliyin və ədalətin möhkəmləndirilməsinə sadiqliyinə görə təşəkkür etdim", - o bildirib.