Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin təşkilatçıları sırasında göstərilən və Kanadaya qaçan FETÖ üzvü Cemal Karatanın adını dəyişdirdiyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, o, yeni şəxsiyyət vəsiqəsində adını Salih Ada olaraq rəsmiləşdirib. Karatanın ad dəyişikliyinin hüquqi prosedurları Kanadada həyata keçirilib.
Hazırda onun fəaliyyəti və statusu ilə bağlı əlavə araşdırmalar aparılır.
Əli Hüseynov
Bakı 




