• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Balıq ovu üçün kvota tətbiq olundu

CƏMİYYƏT

16 Yanvar 2026 | 15:46

Balıq ovu üçün kvota tətbiq olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

Bu barədə Bakıvaxtı.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

    Balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər.

    Quba “ASAN xidmət” mərkəzi

    – Xaçmaz, Şabran, Siyəzən

    Salyan “ASAN xidmət” mərkəzi

    – Neftçala, Salyan, Biləsuvar, Şirvan

    Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi

    – Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir

    Lənkəran “ASAN xidmət” mərkəzi

    – Astara, Lənkəran, Masallı

    Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

    “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutulur.

    Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim edilməlidir.

    2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri

    Balıq və digər su bioresursları

    Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün

    Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün

    1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

    1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

    1

    Кilkə

    44,50

    89,00

    2

    Siyənək

    111,25

    222,50

    3

    Кеfal

    89,00

    178,00

    4

    Çapaq

    89,00

    178,00

    5

    Кülmə

    89,00

    178,00

    6

    Çəki

    178,00

    267,00

    7

    Хəşəm

    222,50

    445,00

    8

    Sıf

    178,00

    356,00

    9

    Кütüm

    222,50

    445,00

    10

    Şamayı

    222,50

    445,00

    11

    Qarasol

    89,00

    -----

    12

    Хərçəngkimilər

    222,50

    445,00

    13

    Digər balıq növləri

    89,00

    178,00


    SON XƏBƏRLƏR