• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Zelenski: Ukrayna sülhə maneə olmayıb və olmayacaq

DÜNYA

16 Yanvar 2026 | 13:30

Zelenski: Ukrayna sülhə maneə olmayıb və olmayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın mümkün razılaşmanın imzalanmasına Moskvanın deyil, Kiyevin mane olduğu iddiasına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski Ukraynanın heç vaxt sülhə maneə olmadığını və olmayacağını bildirib.

"Məhz Rusiya raketləri, Rusiya PUA-ları və Rusiyanın Ukraynanı məhv etmək cəhdləri Moskvanın razılaşmalara ehtiyacı olmadığının açıq sübutudur. Rusiya səbəbindən ukraynalılar 20-30 saat elektrik enerjisi ala bilmir. Rusiyanın zərbələri enerji sistemimizi pozmağa və xalqımıza qarşı yönəlir. Ona görə də təzyiq göstərilməli olan Rusiyadır. Bu məsələdə Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm. Biz diplomatik səylərimizi həm dövlət, həm rəsmi, həm də özəl və qeyri-rəsmi səylərimizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik", - deyə Zelenski bildirib.

Aynur Babazadə


SON XƏBƏRLƏR

15 Yanvar 2026