• Bakı C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Ermənistan İranın ittihamlarına cavab verdi

DÜNYA

16 Yanvar 2026 | 14:45

Ermənistan İranın ittihamlarına cavab verdi

“Ermənistan dost İran xalqı və dövlətinə qarşı heç vaxt heç bir addım atmayıb və atmayacaq və bu cür proseslərə daxil olmayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İranın ölkəsindəki səfiri Xəlil Şirqulaminin Tehranda Ermənistanın İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilməsi fikri formalaşdığı barədə açıqlamasını şərh edərkən deyib.

İranın səfiri Tehranın İrəvandakı səfirliyinin qarşısında etiraz aksiyasının keçirilməsini narahatlıq doğuran hal hesab edib.

Xəlil Şirqulami həmçinin ABŞ-nin “Tramp Marşrutu” və ya TRIPP-dən İrana qarşı istifadə edə biləcəyi ilə bağlı narahatlıq ifadə edib.

Alen Simonyanın bu məsələ ilə bağlı İran səfirinə cavabı belə olub:

"TRIPP-ə gəlincə, bu, İran da daxil olmaqla, regiondakı bütün ölkələr üçün böyük iqtisadi imkanlar yaradacaq. Düşünürəm ki, İrandakı mövcud gərginlik aradan qaldırıldıqdan sonra belə bir narahatlığın olmadığını daha yaxşı görəcəklər”./Teleqraf 


SON XƏBƏRLƏR