• Bakı C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Orta Dəhliz ölkələri uzunmüddətli iqtisadi artım... 

DÜNYA

16 Yanvar 2026 | 14:05

Orta Dəhliz ölkələri uzunmüddətli iqtisadi artım... 

Qafqaz və Mərkəzi Asiyada iqtisadi artımın sürətlənməsində ticarət marşrutlarının dəyişməsi mühüm rol oynayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) yayımladığı məqalədə bildirilib.

    Qeyd edilib ki, 2022–2024-cü illərdə Qafqaz və Mərkəzi Asiya subregionunda iqtisadi artımın orta illik tempi təxminən 5,5% təşkil edib. Bu göstərici gözləntiləri üstələyib və əksər inkişaf etməkdə olan bazarların artım tempini qabaqlayıb.

    Artımı dəstəkləyən əsas amillər sırasında güclü daxili tələbi, pul köçürmələrinin yüksək səviyyəsini, eləcə də son illərdə qlobal ticarət marşrutlarının dəyişməsi nəticəsində yaranan təsirlər vurğulanıb. Xüsusilə ticarət axınlarının alternativ marşrutlara yönəlməsi subregion ölkələrində iqtisadi fəallığın artmasına töhfə verib.

    Məqalədə vurğulanır ki, ticarət marşrutlarında baş verən dəyişikliklər Qafqaz və Mərkəzi Asiya ölkələrinin tranzit və logistika baxımından əhəmiyyətini artırıb. Bununla yanaşı, əlavə edilib ki, bu müsbət tendensiyanın uzunmüddətli iqtisadi üstünlüklərə çevrilməsi üçün regional əməkdaşlığın dərinləşdirilməsi, institusional islahatlar və infrastruktur imkanlarının genişləndirilməsi zəruridir.


    SON XƏBƏRLƏR