• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Polşa Rusiya sərhədini minalayacaq?

DÜNYA

16 Yanvar 2026 | 13:08

Polşa Rusiya sərhədini minalayacaq?

"Hazırda Polşanın Rusiya ilə sərhədini minalamaq planı yoxdur. Belə bir tədbir yalnız silahlı münaqişə təhlükəsi yarandıqda görüləcək". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik Zet radiosuna bildirib.

"Polşa sərhəddə minalama üçün ərazilər hazırlayır, lakin faktiki minalama yalnız müharibə təhlükəsi yarandıqda baş verə bilər", - deyə Tomçik radio aparıcısının Polşanın Rusiya ilə sərhədi minalayıb-minalamaması ilə bağlı sualına cavab verib. 

Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu yanaşma respublikanın şərq sərhədində müdafiə istehkamları xətti yaratmaq üçün "Şərq Qalxanı" proqramı çərçivəsində nəzərdə tutulub. 

Tomçik həmçinin vurğulayıb ki, onun fikrincə, minalama ən təsirli çəkindirmə elementlərindən biri olaraq qalır.

Zeynəb Rzayeva
 


SON XƏBƏRLƏR

15 Yanvar 2026