• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Suriya ordusu kürdlərə çağırış etdi

DÜNYA

16 Yanvar 2026 | 16:26

Suriya ordusu kürdlərə çağırış etdi

Suriya Silahlı Qüvvələrinin Operativ Komandanlığı “Suriya Demokratik Qüvvələri”nə müraciət edərək, Suriya ordusuna qoşulmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Mənsubiyyətindən asılı olmayaraq SDQ-nin tərkibində olan bütün suriyalılara - kürdlər və ərəblərə bu təşkilatdan ayrılmaq və Suriya Ərəb Ordusunun ən yaxın postuna müraciət etməklə, onun sıralarını tərk etmək üçün qapının açıq olduğunu elan edirik”, - bəyanatda bildirilir.

Komandanlıq silahlıları təşəbbüs göstərməyə və SDQ-nin tərkibindən çıxmağa çağırıb.

Həmçinin bəyanatda vurğulanır ki, PKK terror təşkilatının silahlıları və keçmiş hakimiyyətin tərəfdarlarının qalıqlarının mövcudluğu Suriyanın təhlükəsizliyi üçün problem yaradır./Teleqraf 


SON XƏBƏRLƏR