Goranboyda piyadaların vurulması ilə nəticələnən yol qəzası olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.
Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Qəzada sonra "VAZ 2107" yol kənarına aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.