• Bakı 21° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Mirzoyan nepallı həmkarı ilə Ermənistan-Azərbaycan razılaşmalarını müzakirə etdi

DÜNYA

28 Avqust 2025 | 22:13

Mirzoyan nepallı həmkarı ilə Ermənistan-Azərbaycan razılaşmalarını müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə nepallı həmkarı Arzu Rana Deuba arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Nepalın xarici işlər naizinə avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında imzalanmış sülh sazişi barədə ətraflı məlumat verib.

Arzu Deuba regionda dayanıqlı sülhün əldə olunması yolunda əldə olunmuş bu nailiyyət münasibətilə ermənistanlı həmkarını təbrik edib.

Ermənistan, Azərbaycan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməyə toxunan Mirzoyan, regional əlaqələrin genişləndirilməsi kontekstində “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) proqramının əhəmiyyətini vurğulayıb.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025