Ötən ilin avqustunda İstanbul boğazında yarış zamanı itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikovun cəsədi tapılıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, DNT testi tapılan cəsədin rusiyalı üzgüçü Sveçnikova məxsus olduğunu təsdiqləyib.
İdmançının axtarışı yayın sonundan bəri davam edirdi, lakin aktiv mərhələ oktyabrın sonunda başa çatıb.
Yerli hakimiyyət orqanlarının rusiyalı üzgüçünün tapılması istiqamətində dalğıclarla birlikdə qayıqlardan, helikopterlərdən və digər texniki vasitələrdən istifadə etdiyi bildirilib.
Xatırladaq ki, rusiyalı üzgüçü Nikolay Sveçnikov 24 avqust 2025-ci ildə Bosfor yarışı zamanı yoxa çıxıb. O, təxminən 3000 iştirakçı arasında finiş xəttinə çata bilməyən yeganə üzgüçü olub.
Bakı 



